"Sülh müqaviləsi ilə bağlı danışıqlar ondan ibarətdir ki, Azərbaycan öz şərtlərini diktə edir. Bu, bərabər şərtlərlə aparılan danışıqlar deyil".

"Unikal" xəbər verir ki, bunu erməni deputat Elinar Vardanyan deyib. 

Onun sözlərinə görə, Ermənistanın özünün maraqları nöqteyi-nəzərindən sənəd imzalamağa məcbur ola bilər: "Amma Nikol Paşinyan bunu Ermənistan ictimaiyyətinə sülh müqaviləsi kimi təqdim edəcək. Lakin bundan sonra Bakı Ermənistanı bütün tələblərini yerinə yetirməyə məcbur edəcək. Sənədə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi daxil edilmir. Bu deklarativ sənəddə ermənilərin məğlubiyyəti və Azərbaycanın qələbəsi qeyd olunacaq".

Ağarza Elçinoğlu