Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı müxalifət lideri Robert Köçəryanın oğlu Levon Köçəryanla baş nazir Nikol Paşinyan arasında mübahisə yaranıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Paşinyan deputat Levon Köçəryanın sualını cavablandırarkən deyib: "Mən sizə xatırlatmaq istəyirəm ki, siz məktəbdə çıxış etmirsiniz və parlamentdə özünüzü düzgün apara bilməlisiniz, əks halda harada olduğunuzu xatırlamaq üçün vaxtınız olacağını düşünürəm". 

Köçəryan cavabında deyib: "Ona görə də biz burada minlərlə insanın ölümünə və bütöv bir vətənin itirilməsinə görə bilavasitə məsuliyyət daşıyan ölkə başçısı kimi Sizi burada uşaq işlərinə qarışmamağa və məni nəsə etməyə sövq etməyə çağıra bilərik. Deməli olduğumu demişəm". 

Ağarza Elçinoğlu