Pakistanda məhkəmə ölkənin həbsdə olan keçmiş baş naziri İmran Xan və onun həyat yoldaşını qeyri-qanuni nikaha daxil olmaqda ittiham edib.

"Unikal" xəbər verir ki, bu barədə “Express Tribune” qəzeti yazır.

"Çərşənbə axşamı məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibini qanunsuz nikahda ittiham edib", - mətndə deyilir.

Materialda qeyd edildiyi kimi, Bibinin keçmiş əri Xavar Maneka məhkəməyə ərizə ilə müraciət edib. O, keçmiş arvadını nikahlar arasında məcburi vaxta riayət etmədən Xanla evlənməkdə və nikahdan əvvəl cinsi əlaqədə olmaqda ittiham edib.

“The Express Tribune” yazır ki, növbəti məhkəmə prosesi yanvarın 18-də keçiriləcək və ittiham tərəfinin şahidləri iştirak edəcək.