Binəqədi rayonunda baş vermiş partlayışda dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.

Bundan başqa, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib.