Ölkə ərazisində ceyran populyasiyasının ən geniş yayıldığı ərazi Şirvan Milli Parkıdır. 

"Unikal"  xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

2023-cü ilin payız mövsümündə aparılan son sayğı prosesində ölkə üzrə 7889, Şirvan Milli Parkında isə 6732 baş ceyran qeydə alınıb.