İctimai fəal Araz Əliyev sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, ötən ilin dekabrında məhkəmə A.Əliyev haqda 25 sutka müddətinə inzibati qaydada həbs qərarı çıxarmışdı.
Araz Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinmişdi.