İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (İPCC) 60 -cı Sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti İPCC sədri professor Cim Skea və İPCC katibinin müavini Ermira Fida ilə görüşüb. 

"Unikal" xəbər verir ki, görüş zamanı Bakı şəhərində keçirləcək COP29 tədbirinin təşkilində İPCC ilə əməkdaşlıq imkanları, eyni zamanda  alimlərin iştirakı ilə tematik konfransların təşkili məsələləri müzakirə edilib.

Qeyd edək ki, İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspert Qrupunun 60-cı sessiyası 16 yanvar 2024-cü il tarixində Türkiyənin İstanbul şəhərində öz işinə başlayıb.