"Valideynlər müraciət edirlər, amma cavabını tapa bilmirlər. Söhbət dərs proqramlarının yüklənməsindən gedir. Xüsusilə, birinci və ikinci siniflərə aiddir. Bu məsələyə baxan yoxdur. Bu nə qədər belə olacaq?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.

"Valideynlər şikayət edirlər ki, işdən gəlirlər, uşaqlarla birgə dərs hazırlayırlar. Bu, məsələ öz həllini tapmalıdır. Elm və təhsil komitəsi ilə birgə dinləmə keçirək və görək ki, bu problemin kökü haradadır", - deyə deputat bildirib.

Anar Kəlbiyev