Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.

"Unikal" xəbər verir ki, buna avtomobilin qaz borusunu zədələməsi səbəb olub.

Hadisə ilə bağlı “Azəriqaz” İB-dən bildirilib ki, hazırda qaz xəttinin bərpası istiqamətində işlər aparılır: “Günün ikinci yarısında təbii qazın verilişinin bərpa olunacağı gözlənilir”.