Bu gün ölkədə hələ də pasiyentlərin klinika, xəstəxana seçmə hüququ tam bərpa olunmayıb.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, seçicilər, vətəndaşlar arzu etdikləri xəstəxanada müayinə və müalicə olunmaq istəyirlər: "TƏBİB-lə birgə müzakirələr aparılıb və bu istiqamətdə işlər görülməyə başlayıb. Elə vəziyyətə gəlib çıxmalıyıq ki, pasiyent ona yaxın olan, istədiyi, inandığı klinikada və istədiyi həkimdə icbari tibib sığorta çərçivəsində müalicə alsın”.

Anar Kəlbiyev