Yanvar ayının 17-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Wali Noor Khan və 2001-ci il təvəllüdlü Wahab Abdul Tauzeel saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, araşdırma əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.