Cinayət əməlini törətməkdə şübhəli bilinən, Elvin Ələkbərovun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb. 

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən bildirilib.

Araşdırma aparılır.

***

15:46

Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsilmiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.