“Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” yaxın zamanlarda təqdim olunacaq. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fazil Mustafa deyib.

O bildirib ki, təxminən 1-2 ay ərzində strategiya sənədinin təqdimatı gözlənilir: “Təklif edərdim ki, buna qədər Mədəniyyət Nazirliyi və komitə arasında hər hansı görüş keçirilsin. Komitə üzvlərinin də fikirləri dinlənilsin”.

Anar Kəlbiyev