Hörümçək zəhərində tapılan "Hi1a" molekulundan istehsal edilən dərman infarkt və insult zamanı beyin və ürəyin zədələnməsinin qarşısını almaq üçün istifadə olunacaq.

“Unikal” xəbər verir ki,  Avstraliyanın Kvinslend Universitetinin alimləri huni-tor hörümçəyinin zəhərində tapılan “Hi1a” adlı molekuldan istifadə edərək dərman hazırlayıblar. Müəyyən ediblər ki, bu xüsusi molekul hüceyrələri infarkt və ya insult nəticəsində yaranan zədələrdən qoruya bilir.

Hörümçək zəhərindən əldə edilən "Hi1a" zülalı ürəkdəki turşu hiss edən ion kanallarını bloklayaraq “ölüm xəbəri”-nin qarşısını alır. Beləliklə, hüceyrə ölümü azalır və ürək hüceyrəsinin sağ qalma sürəti artır. Əsas odur ki, "Hi1a" yalnız infarkt zamanı ürəyin zədələnmiş bölgəsindəki hüceyrələrlə qarşılıqlı əlaqədə olur. Ürəyin sağlam hissələrinə təsir etmədiyi üçün yan təsirlərinin olması ehtimalı əhəmiyyətli dərəcədə azalır.

Zərifə Nağıyeva