Estoniyanın baş naziri Kaia Kallas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borreli əvəz edə bilər. 
"Unikal"
xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşr hesab edir ki, Ursula fon der Leyen Avropa Komissiyasının prezidenti, Roberta Mezzola Avropa Parlamentinin rəhbəri vəzifəsində qalacaq, Danimarkanın baş naziri Mette Frederiksen isə Avropa Şurasının rəhbəri postunda Çarlz Mişeli əvəz edə bilər. 
Belə bir ssenaridə Aİ-də bütün yüksək vəzifələr qadınlar tərəfindən tutulacaq. 

Qəzetin yazdığına görə, hələlik konkret qərarlar qəbul edilməyib, namizədlər arasında kişi siyasətçilər də az deyil.