"ABŞ İrana nüvə silahı yaratmağa icazə verməyəcək. Əgər buna diplomatiya yolu ilə nail olmaq mümkün olmasa, başqa yollar da var".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Biz buna diplomatiya yolu ilə nail olmağa üstünlük verərdik, aydındır ki, bu, tezliklə baş verməyəcək. ABŞ son hadisələr fonunda İran və Pakistan arasında gərginliyin yaşanmasını istəməz", - deyə o qeyd edib. 

Nuranə Abbasova