Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə bazarını tərk edən McDonald's-la bağlı fikirlərini bölüşüb.

"Unikal" Belarus KİV-nə istinadən xəbər verir ki, nazirlərin toplantısında danışan Lukaşenko məşhur şirkətə "qapını göstərib: 

"Getmək istəyirsənsə, qapı açıqdır. Qalmaq istəyirsənsə qal, səni heç kim qovmur. Çörəyi ikiyə bölüb arasına ət, kartof, katlet, salat doldura bimirik? Bizim kartoflarımız ən yaxşısıdır", - deyə Belarus lideri deyib. 

Nuranə Abbasova