5 müraciətin ünvanlandığı “Açıq mikrofon” aksiyası bu gün Xızı rayonunda baş tutub.

"Unikal" xəbər verir ki, mikrofon önünə çıxan Şuraabad qəsəbəsinin 3 sakini fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Seyfəddin Milazov öncədən ödənişli (smart-kart) tipli qaz sayğacına ödəniş zamanı üzləşdiyi problemi dilə gətirib. Giləzi qəsəbəsindən qatılan 1 nəfər isə küçə qaz xəttinin çəkilməsini xahiş edib.

Görüşdə səsləndirilən hər bir problem və təklif qeydiyyata alındıqdan sonra araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.