Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsində “Qanımız bir, canımız bir” devizi ilə növbəti könüllü qanvermə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, 1990-cı il 20 Yanvarhadisələrinin 34-cü ildönümünə həsr olunmuş aksiyaölkəmizin ərazi bütövlüyünü və sərhədlərimizintoxunulmazlığını qoruyan, vətənin müdafiəsində dayananhərbçilərimizin sağlamlığının qorunmasına köməkməqsədi daşıyıb.

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının səyyar qantədarükü bölməsinin 10 nəfərdən ibarət həkim briqadasıtərəfindən icra edilən aksiyada Dövlət Komitəsininəməkdaşları könüllü donor kimi qan veriblər.

Tədarük olunan qan nümunələri laboratoriya şəraitində yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiya iştirakçıları ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasında müstəsna xidmətləri olan hərbçilərimizin sağlamlığının qorunması üçün qan verməyin xeyirxah iş olduğunu bildiriblər. Onlar belə aksiyalarda iştirakınvətəndaşlıq borcu olduğunu qeyd ediblər. Dövlət Komitəsinin və tabeliyindəki strukturların əksəriyyəti məcburi köçkünlərdən, şəhid ailəsi üzvlərindən, müharibə əlili və veteranlarından ibarət kollektivlərinin 100-ə yaxın əməkdaşı xeyriyyə aksiyasında iştirak edib.

Xatırladaq ki, Dövlət Komitəsində Müdafiə Nazirliyi ilə birlikdə “Qanımız bir, canımız bir” devizi ilə təşkil etdiyi ənənəvi könüllü qanvermə aksiyası dörd ildir keçirilir.