Qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəisi, general-mayor İlqar Abbasov və SOMDA-nın şəxsi heyəti  Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoymuşlar.

"Unikal" xəbər verir ki, SOMDA-nın şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.