İspaniyanın “Real” klubunun 21 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

"Unikal" xəbər verir ki, bu, İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletiko” ilə oyunda baş verib.

“Çivitas Metropolitano” stadionunda təşkil olunan Madrid derbisində “Atletiko” rəqibinə 4:2 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.