Bir neçə gün əvvəl "Roma"nın istefaya göndərdiyi Joze Mourinyonun yeni klubu müəyyənləşmək üzrədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubu ilə razılaşıb.
Bildirilib ki, Mourinyo müqavilənin şərtlərini razılaşdırmaq üçün tezliklə Ər-Riyada gedəcək.
Qeyd edək ki, “Əl-Şabab” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 11-ci yerdədir.