İsrailin Azərbaycandakı səfiri Corc Dik 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

"Unikal"ın məlumatına görə, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib. 

"Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir. Hüznə baxmayaraq, mətanətli Azərbaycan xalqı Azərbaycanın azadlığı və öz müqəddəratını təyin etmək uğrunda mübarizədə israrlı idi.

İsrail xalqı hər gün olduğu kimi, bu gün də Azərbaycan xalqının yanındadır", - deyə səfir X hesabında yazıb.