Azərbaycanda 5,0 bal gücündə zəlzələ olub. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a verilən məlumata görə, zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran ,Lerik, Şirvan, Zərdab, Ağdam, Ağdaş, Kürdəmir rayonlarında 4-3 bala qədər hiss olunub.

Qeyd edilib ki, zəlzələ Abşeron yarımadasında hiss olunmayıb. 

*** 22:43

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb. 
 
"Unikal"
xəbər verir ki, zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub. 

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

*** 22:13

Azərbaycanda 5,1 bal gücündə zəlzələ olub. 

"Unikal" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

Zəlzələ yerli vaxtla saat 22:05-də baş verib.