İtaliya Superkubokunun yarımfinalında “İnter” “Latsio”nu 3:0 hesabı ilə məğlub edib. Yarış Səudiyyə Ərəbistanında keçirilir.
"Unikal" xəbər verir ki, qolları Markus Tyuram (17-ci dəqiqə), Hakan Çalhanoğlu (49-cu dəqiqə, penalti) və Davide Frattesi (87-ci dəqiqə) vurub.
Bir gün əvvəl “Fiorentina”nı 3:0 hesabı ilə məğlub edən “Napoli” püşkatmanın ilk finalçısı olub. “İnter”lə “Napoli” arasında final oyunu yanvarın 22-də keçiriləcək.
İtaliya Superkuboku ilk dəfə "Dördlər finalı" formatında keçirilir, əvvəllər kubok uğrunda iki komanda mübarizə aparırdı. 2022/2023 mövsümünün sonunda "Napoli" İtaliya çempionu, "İnter" ölkə kubokunu qazanıb. "Latsio" çempionatda ikinci yeri tutub, "Fiorentina" isə kubokun finalçısı olub. Turnirin hazırki qalibi 7 kuboku olan "İnter"dir.