Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti yanvarın 20-də Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanına gedərək 20 yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər.

"Unikal" xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və polis əməkdaşları xalqımızın azadlığı uğrunda canlarından keçmiş vətən fədailərinin məzarları üzərinə qərənfillər düzüblər.