Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
“Unikal” IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 702 komandadan ibarət 2023-cü ilin yekun siyahısına Azərbaycanın yenə 3 təmsilçisi düşüb.
Ötən ay 84-cü yerdə qərarlaşan “Qarabağ” 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var.
“Neftçi” və “Sabah”da isə geriləmə müşahidə edilib. “Neftçi” (53,75 xal) 378-ci yerdən 469-cu pilləyə enib. “Sabah” isə (55,5 xal) 391-ciliyi 436-cı pilləyə dəyişib.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (289) kollektivi üçüncü yerdədir.