Bakı Beynəlxalq Avtovağzal Kompleksində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən BBAK-ın baş direktoru Qəhrəman Qələndərov bildirib ki, 20 Yanvar xalqımızın azadlıq uğrunda mübarizəsinin, yenilməz iradəsinin rəmzidir.

Həmin illərdə polis kimi fəaliyyət göstərən baş direktor faciə günü şahidi olduğu hadisələri kollektivin diqqətinə çatdırıb. Sonda faciə ilə bağlı videoçarx nümayiş olunub.