Ermənistan ordusunda 2023-cü ildə qeyri-döyüş şəraitində 53 hərbçinin ölüm faktı qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, onlar qətl, intihar və ona cəhd, avtomobil qəzası, texniki təhlükəsizliyə əməl etməmək səbəbindən, eləcə də Azat kəndində kazarmadakı yanğın və bədbəxt hadisə nəticəsində ölüblər.