Xalqımızın müstəqillik, milli azadlıq və zəfər yolunun başlanğıcı kimi tarixinə həkk olunan,  Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin ildönümündə ölkəmizin hər yerində olduğu kimi, Ağstafada da şəhidlərimizin xatirəsi qürur və ehtiramla anılıb. 

"Unikal" xəbər verir ki, Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər heyəti, ictimaiyyət nümayəndələri Ağstafa rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Vətən övladlarının ruhuna dualar oxunub. RİH başçısı memorial xatirə abidəsi önünə əklil qoyub. Şəhidlərimizin məzarları üstünə tər qərənfillər düzülüb.

Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yollarda nəqliyyatın hərəkəti dayandırılıb, rayonun şəhər, qəsəbə və kəndlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.  

Həmçinin Ağstafa rayonunun Vurğun qəsəbəsindən olan 20 Yanvar şəhidimiz Habil Əzizovun və digər ağstafalı şəhidlərimizin dəfn olunduqları yaşayış məntəqələrində məzarları ziyarət olunub.

Bundan başqa, Ağstafanın Vurğun qəsəbəsindən olan 20 Yanvar şəhidimiz Habil Komunar oğlu Əzizovun ailə üzvləri və məzarı ziyarət olunub.

Ağstafa RİH başçısı Seymur Orucov müavinləri və rayonun hüquq-mühafizə orqnlarının rəhbərləri ilə birlikdə Vətən oğlunun doğma evində ailə üzvlərini ziyarət edib. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçən oğul və qızlarımızın azadlıq, milli şərəf və ləyaqət uğrunda göstərdikləri sücayətdən, eləcə də Ulu Öndər Heydər Əliyevin belə ağır məqamda xalqla birlikdə olmasından və hadisələrə layiqli siyasi-hüquqi qiymətin verilməsindən bəhs olunub. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz bütün şəhidlərimizin qisasını layiqincə aldı. 

Vurğun qəsəbə qəbirstanlığında şəhidin məzarı üstünə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla anılıb.

Şəhidin qardaşı, Etimad Əzizov və digər ailə üzvləri ölkəmizdə şəhid ailələrinə hər zaman göstərilən yüksək diqqət və qayğıya görə Preziednt İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.