Bu gün İsrail Suriyanın paytaxtı Dəməşqə zərbə endirib.
"Unikal" xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, raket hücumu nəticəsində SEPAH-ın Qüds qoşununun generalı və daha 4 zabiti ölüb. Məlumata görə, zərbənin dəydiyi binada Suriya hökumətini dəstəkləyən iranlı müşavirlər istifadə ediblər.