Belarus prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət aldığını bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərini  Belarus teleqram kanalları sitat gətirib. 

"Odun doğrayırdım və ayağıma təxminən 80 kiloluq bir odun düşdü. Gəzdim, deyəsən heç nə olmadı. Lakin sonra vəziyyət pisləşdi...", -  deyə Lukaşenko bildirib.

Belarus prezidenti zədə səbəbindən Mogilev vilayətinin komandası ilə xokkey oyununda iştirak etməyəcək.