ABŞ-nin İraqın qərbində yerləşən Ayn əl-Əsəd hərbi bazasına raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, raket hücumu zamanı bir neçə İraq əsgəri, eləcə də bazanın texniki xidmət briqadasında olan iki amerikalı yaralanıb.

 ***19:01

İraqda yerləşən ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın istifadə etdiyi Eyn əl-Əsəd hərbi bazasına kütləvi raket zərbəsi endirilib.

"Unikal" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Aviabazaya 20-dən çox raket atılıb.