Bu gün “20 Yanvar” faciəsinin 34-cü ildönümü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları ,Rayon İcra Hakimiyyətinin başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib.

"Unikal" xəbər verir ki, icra başçısı və nümayəndələr ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək əziz xatirələrini dərin ehtiramla yad ediblər.