Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə xəbərdarlıq edilib. 

"Unikal" xəbər verir ki, bu  barədə gürcü teleqram kanalları məlumat yayıb. Bildirilir ki,  buna görə bütün reyslər təxirə salınıb, insanlar təxliyə olunub. 

İstehkamçılar hadisə yerinə gəlsələr də, partlayıcı qurğu tapmayıblar. Faktla bağlı araşdırma aparılır.