Ukrayna Silahlı Qüvvələri (AFU) müdafiə xətləri qurmaq üçün öz ərazilərinin dərinliyinə çəkilməyə məcbur olacaq.

"Unikal" xəbər verir ki, bunu ukraynalı siyasətçi, Ali Radanın keçmiş deputatı İqor Lapin  “News Factory” YouTube kanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Kiyevin nəzarətində olan ərazinin dərinliklərində qoşunlar strateji müdafiə üçün mövqelər hazırlamaq üçün geri çəkiləcəklər.