Türkiyənin xarici işlər naziri Hakan Fidan Hamas təşkilatının siyasi bürosunun rəhbəri İsmail Heniyye ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş Türkiyədə keçirilib.

Danışıq zamanı İsrail-Fələstin qarşıdurması müzakirə olunub, o cümlədən təcili atəşkəsin elan edilməsi, bölgəyə humanitar yardımların çatdırılması, əsir müvadiləsi və davamlı sülhün təmini üçün məsələnin iki tərəfli həlli ilə bağlı müzakirələr aparılıb.