Qəzza zolağında 100 gündən çox əməliyyatlar zamanı İsrail hərbçiləri Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının 30%-dən çoxunu məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə şənbə günü “The Wall Street Journal” Amerika kəşfiyyat agentliklərinin hesablamalarına istinadən məlumat yayıb.
Məlumata görə, İsrail HƏMAS yaraqlılarının 20%-dən 30%-ə qədərini məhv edib. Nəşrin qeyd etdiyi kimi, bu rəqəmlər hərəkatı məhv etmək üçün “İsrailin məqsədlərindən hələ də uzaqdır”. Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl Amerika kəşfiyyat agentlikləri HƏMAS yaraqlılarının sayını 25-30 min arasında hesab edirdi.