Kamçatkada 5,0 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə mətbuat xidməti məlumat yayıb.

“Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, yanvarın 21-də axşam saatlarında Sakit Okeanda nəzərəçarpacaq seysmik hadisə qeydə alınıb. Zəlzələ Petropavlovsk-Kamçatskdan 124 kilometr şərqdə, 45 kilometr dərinlikdə baş verib. Seysmik hadisənin maqnitudası 5,0 olub”, - məlumatda deyilir.

Bildirilir ki, bölgənin bəzi ərazilərində nisbətən zəif - 3 bal gücündə yeraltı təkanlar hiss olunub.