Son bir həftə ərzində Türkiyənin Antalya şəhərində çimərlikdə 6-cı meyit tapılıb.
"Unikal" NTV-yə istinadən xəbər verir ki, tapılan meyitin qanunsuz miqrantlara aid olacağı ehtimal edilir.
Çimərlikdə daha əvvəl 5 meyit də tapılmışdı. Onlardan bəziləri tanınmaz halda olub. Meyitlər şəxsiyyəti və ölüm şəraitini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.
Antalya polisi hələlik bu hadisələrlə bağlı açıqlama verməyib.