Martın 1-dən bütün Qazaxıstanda vahid saat qurşağının tətbiqi müəyyən edilib və bununla bağlı hökumətin “Qazaxıstan Respublikası ərazisində vaxtın hesablanması qaydası haqqında” qərarında müvafiq dəyişikliklər edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, beləliklə, 5-ci saat qurşağı (UTC+5) Qazaxıstan Respublikasının bütün ərazisinə tətbiq ediləcək.

“Astana, Almatı, Çimkent, Akmola, Almatı, Cambıl, Karaqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Türküstan, Şərqi Qazaxıstan vilayətlərində fevralın 29-dan, Abay, Jetisu, Ulıtau rayonlarında martın 1-dən yerli vaxtla 1 saat geri çəkilməlidir”, - deyə sənəddə qeyd olunur.