Hindistan hakimiyyəti qonşu Myanma ilə sərhəddə hasar çəkəcək və bu ölkə ilə sərbəst hərəkət rejimini ləğv edəcək.

"Unikal" xəbər verir ki, bunu Hindistanın daxili işlər naziri Amit Şah bildirib.

“Narendra Modi hökuməti Hindistan və Myanma arasındakı açıq olan sərhədin, Hindistanın Banqladeşlə sərhədində mövcud olan tikanlı məftillə qorunacağına qərar verib”, - o bəyan edib.

Məlumata görə, Hindistan və Myanma arasındakı sərbəst hərəkət rejimi 2018-ci ildə tətbiq edilib. Lakin bu, üsyançı qrupların sərbəst hərəkətinə şərait yaradıb.