Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən sürüşmə nəticəsində 40-dan çox insan torpaq altında qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilir ki, sürüşmə yanvarın 22-də səhər tezdən Yunnan əyalətinin Çjaotonq şəhərinin Zhenxiong dairəsində baş verib. Bir neçə kəndə ziyan dəyib.
Axtarış-xilasetmə işlərində 200-dən çox xilasedici iştirak edir. Fövqəladə vəziyyət zonasından 200-dən çox insan təxliyə edilib.
Gülayə Mecid