Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, XİN rəhbərinin səfərinin yanvarın 22-dən 24-dək davam edəcəyi planlaşdırılır.
O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi üzrə rüblük açıq müzakirələrində, həmçinin Rusiyanın təşəbbüsü ilə Təhlükəsizlik Şurasının Ukrayna məsələsi üzrə sessiyasında iştirak edəcək.
Ağarza Elçinoğlu