""Ali təhsil haqqında" qanun layihəsi yeni təkliflər nəzərə alınmaqla mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, bütün ali təhsil müəssisələri bu qanun layihəsini səbirsizliklə gözləyir:

""Ali təhsil haqqında" qanun lahiyəsi ötən il komitə üzvlərinə paylanılmışdı. Müzakirələrdən sonra komitə olaraq müvafiq icra hakimiyyətlərinə rəy və təkliflərin verilməsi üçün göndərilmişdi. Bundan sonra xeyli sayda təkliflər gəldi və hamısı  nəzərə alınıb. Bununla yanaşı yenə də təkliflər daxil olub. Məsləhətləşib belə qərara gəlindi ki, yeni təkliflər razılaşdırılması və rəy verilməsi üçün müvafiq qurumlara göndəriləcək. Hesab edirəm ki, artıq yaz ssesiyasında təklif və rəyləri müzakirə edərək birinci oxunuşda müzakirəyə çıxara biləcəyik”.

Anar Kəlbiyev