Milyonlarla amerikalı əlverişsiz qış şəraitindən təsirlənib. Buz fırtınası səbəbiylə elan edilən fövqəladə vəziyyət qərb sahilindəki Oreqon ştatında davam edərkən, Pensilvaniya, Kaliforniya və İndiana ştatlarında da elektrik enerjisi kəsilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, son bir həftə ərzində ölkə daxilində sərt hava şəraitinin yaratdığı qəzalarda 80-dən çox insanın həyatını itirdiyi halda, soyuq havanın həftənin əvvəlində də davam edəcəyi bildirilib.

ABŞ-nin bir çox bölgəsini təsir altına almaqda davam edən qütb soyuqluğundan 100 milyondan çox insanın mənfi təsirləndiyi bildirilir.

Əlverişsiz hava şəraiti səbəbindən təxminən 100 min nəfərə elektrik enerjisi verilə bilmir.

Seymur Əli