Bakı-Sumqayıt şosesi, tunelin içərisində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hadisə səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.