İranın cənub-şərqindəki Kirman əyalətində beş əsgər yoldaşını öldürən hərbçi saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilir ki, qətldən sonra qaçan hərbçi Zerend şəhəri yaxınlığında tutulub.
Xatırladaq ki, hərbçi ötən gün kazarmaya daxil olaraq həmkarlarına atəş açıb. Nəticədə beş hərbçi həlak olub.
Faktla bağlı araşdırma aparılır.