Türkiyənin İzmir şəhərində naməlum şəxs yoldan keçən gənci qətlə yetirib. 

"Unikal" xəbər verir ki, gənc oğlan küçədən keçərkən A.F-lə qarşılaşıb. Kişi oğlana "sən kafirsən" deyərək hücum edib. Nəticədə şəxslər arasında dava düşüb. A.F üzərində daşıdığı bıçaqla gənci sinəsindən bıçaqlayıb. Oğlan hadisə yerindəcə dünyasını dəyişib.

Cinayət anbaan təhlükəsizlik kameralarına əks olunub. Qətldən sonra kişi saxlanılıb.