"Appendisit qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab edilir. Kor bağırsağın soxulcanabənzər çıxıntısının kəskin iltihabına appendisit deyilir". 

"Unikal" xəbər verir ki, bunu Diaqnoz Tibb Mərkəzinin Ümumi Cərrahı Dr. Məhəmməd Ramazanov deyib. 

Onun sözlərinə görə, appendisitin ilkin əlamətləri kəskin ağrıdır. Xəstəliyin ikinci əsas əlaməti təkrari qusmadır.

"Qusma çox olarsa, bu, dərin intoksiyanın olmasına dəlalət edir. Yüksək hərarət appendisitin simptomlarındandır. Bəzi hallarda xəstələrdə ishal baş verir ki, bu da adətən appendisitin destruktiv (qanqrenoz - deşilmiş) forması üçün xarakterikdir. Mədə-bağırsaq traktının funksiyası çox vaxt normal, ancaq bəzi xəstələrdə dil ərpli, az quru olur. Adətən iştahsızlıq olur. Xəstəliyin əsas əlaməti olan ağrı əvvəlcə epiqastral və ya göbəkətrafı nahiyədə başlayır, sonra ağrı bütün qarına yayılır, yalnız bir neçə saat keçdikdən sonra sağ qalça çuxurunda cəmlənir. Ağrı adətən daimi xarakter daşıyır, onun intensivliyi isə müxtəlif olur. Tutma şəkilli ağrıya çox az halda təsadüf olunur.

Diaqnozu dəqiqləşdirmək üçün ultrasəs müayinəsindən də istifadə olunur.

Xəstəyə həkim tərəfindən dəqiq appendisit diaqnozu qoyulduqdan sonra əməliyyat gecikdirilməməlidir. Əməliyyat gecikdirildiyi təqdirdə irinləmiş soxulcanabənzər çıxıntı partlayar və onun möhtəviyyatı qarın boşluğuna yayılar. Bu da xəstənin ölümü ilə nəticələnə bilər". 

Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
E-mail: [email protected]
Sayt: www.diaqnoz.az
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C